Ukrayna bunun üçün qadınları geri qaytarmalıdır

01:06 - 25 İyul 2023 - GÜNDƏM

 Ukrayna bunun üçün qadınları geri qaytarmalıdır

Ukrayna zəifləmiş iqtisadiyyatı bərpa etmək üçün qadınları geri qaytarılmalıdır.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb.

Bildirilir ki, müharibə başlayandan ölkədə 18-60 yaş arası kişilərin əksəriyyətinin ölkədən çıxışı qadağandır. Bu isə ukraynalı qaçqınların niyə 68%-nin qadın olduğunu izah edir.

Ekspertlərin fikrincə, əmək qabiliyyətli yaşda olan 2,8 milyon qadından ən azı bir qismini geri qayıtmağa razı salmaq mümkün olmasa, bu, Ukraynaya müharibədən əvvəlki ÜDM-nin 10%-nə başa gələcək. Ən pis halda, bu, ildə 20 milyard dollar təşkil edəcək və bu isə Avropa Birliyinin Ukraynaya təklif etdiyi illik 13,9 milyard dollar məbləğində dörd illik yardım paketini asanlıqla üstələyə bilər.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol