Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var.
Daxili İşlər Naziriyinin Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, dünən axşam saat 21 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.
Hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Şahin Şıxlinski sərbəst buraxıldı
- Azərbaycan Polisi 107 yaşında!
- Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi
- Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq
- Rusiyada azərbaycanlı iş adamı və diaspor rəhbəri saxlanıldı
- Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq
- Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota
- "Sputnik Azərbaycan"da saxlanılanların məhkəmələri keçiriləcək