Azərbaycanda teplovozla maşın toqquşdu: xəsarət alanlar var

09:18 - 25 İyul 2023 - GÜNDƏM

 Azərbaycanda teplovozla maşın toqquşdu: xəsarət alanlar var

25 iyul saat 03:50 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus teplovoz Bərdə-Yevlax mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 32-BC-687 olan "Şevrolet Kruz" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Maşinist tərəfindən təcili tormozlanma aparılsa da tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində avtomobilin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

"ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərində qatara yol verməklə hərəkətlərini davam etdirməyə çağırırıq", - QSC-dən bildirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol