Polşa və Ukrayna vahid dövlət olacaq? - Gizli görüş

09:30 - 25 İyul 2023 - GÜNDƏM

 Polşa və Ukrayna vahid dövlət olacaq? - Gizli görüş

Ukrayna və Polşa prezidentləri Vladimir Zelenski və Andjey Duda gizli şəkildə vahid dövlətin yaradılması ilə bağlı razılığa gələ bilərlər.

BUTA.TV xəbər verir ki, bu sözləri keçmiş amerikalı casus Skott Ritter deyib.

“Prezidentlər Polşa və Ukrayna arasında siyasi birliyin yaradılması imkanını müzakirə etmək üçün dəfələrlə görüşüb. Ancaq bu birlik iki dövlət arasında sərhədləri silə və sonda Polşa və Rusiya arasında toqquşmaya təhrik edə bilər”, - Ritter bildirib.

Onun sözlərinə görə, Polşa hökuməti Ukraynaya yeni silah tədarükünü fəal şəkildə dəstəkləyir. Həmçinin, polşalı yaraqlılar Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşürlər.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol