Qordon “Bakı möcüzə yaradacaq” dedi, Kasparov... - Video

10:40 - 25 İyul 2023 - GÜNDƏM

 Qordon “Bakı möcüzə yaradacaq” dedi, Kasparov... - Video

ABŞ, eləcə də Qərbin vasitəçiliyi ilə Bakı və İrəvan sülh müqaviləsi imzalayacaq. Azərbaycan Qarabağda iqtisadi möcüzə yaradacaq, erməni əhalisi ilə yaxşı rəftar edəcək və iki ölkə dost olacaq.

BUTA.TV xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordon rusiyalı şahmatçı, keçmiş Bakı sakini Harri Kasparovla müsahibəsində deyib.

Buna cavab olaraq Kasparov bunun real olmadığını bildirib:

“Bu, müharibədən sonra ukraynalılarla rusların dostluğu kimi real deyil. Amma bu proses mənim qarşı çıxmadığım ideal seçimdir. Əgər Amerika, AB və Türkiyə buna nail ola bilsə, əla olar. Hansısa variant mümkündür. Türkiyəyə Naxçıvandan Azərbaycana keçid verilə, Ermənistan isə Laçın yolunu ala bilər. Belə bir variant mümkündür və bütün türk hökmdarlarının arzusunda olduğu – İstanbuldan Altaya at sürmək ideyası reallaşar”.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol