“Vaqner”in üsyan edəcəyini bilən Putinin qərarı...

12:50 - 25 İyul 2023 - GÜNDƏM

 “Vaqner”in üsyan edəcəyini bilən Putinin qərarı...

Rusiya xüsusi xidmət orqanları “Vaqner”in rəhbəri Yevgeni Priqojinin üsyanı başlamazdan ən azı iki-üç gün əvvəl ölkə Prezidenti Vladimir Putinə xəbərdarlıq edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” Ukrayna və Avropa kəşfiyyatındakı həmsöhbətlərinə istinadən məlumat yayıb.

“Bu məlumatı əldə edəndən sonra strateji obyektlərin, o cümlədən Kremlin mühafizəsi gücləndirilib, mühafizəçilərin sayı artırılıb və onlara daha çox silah verilib. Lakin başqa heç bir tədbir görülməyib. Putinin üsyanı aradan qaldırmaq və təşkilatçıların həbsi barədə qərar verməyə vaxtı var idi. Üsyan başlayanda bütün səviyyələrdə iflic yarandı. Mütləq çaşqınlıq hökm sürürdü. Uzun müddət necə reaksiya verəcəklərini bilmirdilər”, - mənbələr bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb kəşfiyyatının bu bəyanatlarını cəfəngiyyat adlandırıb.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol