İsmayıllıda böyük yanğın başladı: Sahəsi genişlənir - Foto

12:56 - 25 İyul 2023 - GÜNDƏM

 İsmayıllıda böyük yanğın başladı: Sahəsi genişlənir - Foto

İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.

BUTA.TV Unikal-a istinadən xəbər verir ki, bu gün saat 12:00 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində yerləşən bir evdə başlayan yanğın qısa vaxtda böyük ərazini əhatə edib. Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

İndiyədək ərazidə 2 ev və 3 mağaza yanıb. Hazırda yanğın davam edir, getdikcə genişlənən alovun qarşısını almaq çətinləşib. Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol