Bərdədə bir müddət əvvəl yanmış bazarın fəaliyyəti müvəqqəti dayandırılıb.
BUTA.TV xəbər verir ki, bazarın bağlanması sahibkarların narazılığına səbəb olub.
Əraziyə girişin qadağan olunmasına səbəb bazarın təhlükəsizlik standartlarına cavab verməməsidir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən bazarın giriş-çıxışına xəbərdarlıq lentləri vurulub.
Sahibkarlar bildirirlər ki, bazarın bağlanması onlara böyük maddi ziyan vurur. Onlar qeyd ediblər ki, səbəb kimi bazarda yanğın təhlükəsizliyi qaydalarının pozulduğu iddia olunur. Amma onlar bununla razılaşmırlar.
Məsələyə bağlı “Bərdə Ticarət Mərkəzi” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən bütün nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Bazarın elektrik şəbəkəsi yenidən qurulur. Qaydalara və standartlara uyğun olaraq bütün işlər həyata keçirilərək bazarın fəaliyyəti davam etdiriləcək.
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı