Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş rayonunda yerli sakinlər hərbi təlimlərdə iştirak etmək istəmirlər.
BUTA.TV xəbər verir ki, bu barədə “Aravot”un keçmiş jurnalisti Voskan Sərkisyan öz Feysbuk səhifəsində yazıb.
“Tavuş vilayətində 25 günlük hərbi təlimə iştirakçıların cəlb edilməsinə başlanılıb. Nikol Paşinyana, hakimiyyət orqanlarına, Müdafiə Nazirliyinə və Baş Qərargaha demək olar ki, ümumbəşəri etimadsızlıq fonunda sərhəd bölgəsinin kişiləri bu təlim düşərgələrində iştirak etmək istəmirlər. Hətta hərbi komissar təlim-məşq toplanışında iştirakdan imtina edənlərin bəzilərini mühakimə etməyi təklif edib. O hesab edir ki, bu, başqalarına dərs olmalıdır. Amma Tavuş bölgəsində təlim-məşq toplanışında iştirakdan imtina edənlərə qarşı heç bir məhkəmə prosesi və ya hökm çıxarılmayıb”, - o bildirib.
Jurnalist vurğulayıb ki, Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub kapitulyasiyaya imza atdıqdan sonra qəbul üçün minimum baryeri keçə bilməyənlərə Vazgen Sərkisyan adına Hərbi Ali Məktəbə daxil olmaq təklif edilir.
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı