Baxın, Rusiya, Fransa, ABŞ Qarabağ haqda nə deyib - Paşinyan

15:32 - 25 İyul 2023 - GÜNDƏM

 Baxın, Rusiya, Fransa, ABŞ Qarabağ haqda nə deyib - Paşinyan

Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Təəssüf hissi ilə qeyd edirəm ki, dünyada Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan bir ölkə belə yoxdur. Başqa bir sual da ondan ibarətdir ki, biz bu incəlikdən xəbərdar idik, ya yox. Bizim mövqeyimiz ondan ibarət idi ki, bütün dünyanın nə deməsinin əhəmiyyəti yoxdur, biz bunu başqa cür etməliyik. Ola bilsin ki, mən də hansısa mərhələdə bu cür hərəkət etmişəm, amma sonda biz konkret reallıqla üz-üzə qalırıq ", - deyə Paşinyan bildirib.

Paşinyan, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin 2020-ci il dekabrın 17-də keçirdiyi mətbuat konfransında bəyanatından bir sitatı oxuyub: "Beynəlxalq hüquq baxımdan bütün bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm, Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımırdı, ona görə də Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycandır”

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Baş nazir fransalı keçmiş həmsədr Stefan Viskontinin 2020-ci ilin yanvarında Senat komissiyasının deputatları ilə görüşü zamanı dediyi sözləri də sitat gətirib: “Dağlıq Qarabağ Azərbaycanda yerləşən dağlıq anklavdır”.

Ermənistanın baş naziri ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı illik hesabatından da sitat gətirib:

“Xüsusilə, 2012-ci ildən 2016-cı ilə qədər olan hesabatlarda bildirir ki, separatçılar Ermənistanın köməyi ilə Dağlıq Qarabağın əksər hissəsini və Azərbaycanın daha 7 ərazisini nəzarətdə saxlamaqda davam ediblər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol