Ukrayna bu kəndi işğaldan azad etdi

16:04 - 25 İyul 2023 - GÜNDƏM

 Ukrayna bu kəndi işğaldan azad etdi

Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Andreyevka kəndindən Rusiya hərbçilərini çıxarıblar.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Şərq qruplaşması qoşununun sözçüsü Sergey Çerevatıy deyib.

O bildirib ki, Baxmut ətrafında başqa yaşayış məntəqəsi kimi Andreyevkanın azad edilməsi şəhəri mühasirəyə almaq və düşməni qovmaq baxımından əməliyyatı başa çatdırmağa imkan verir.

Bildirilib ki, iyulun 25-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində irəliləməkdə davam etdiyinə dair məlumat yayılıb. Ukrayna hərbçiləri Donetsk vilayətinin Staromayorski rayonunda cəbhə xətti boyunca 500 metr irəliləyərək uğur qazanıblar. Məlumata əsasən, hazırda müdafiə qüvvələri əldə olunan xətlərə yerləşdirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol