Azərbaycanla sülh sazişi üzrə danışıqlar yekunlaşmadığı üçün açıqlanmır. Əgər sənəd hələ düzəldilməyibsə, deməli, onun mətni tam razılaşdırılmayıb. Ona görə də bu gün hər hansı bir maddə dərc olunarsa, belə çıxa bilər ki, bu gün və ya gələcəkdə Ermənistan XİN bununla bağlı (məsələn, Moskvada keçiriləcək görüşdə) güzəştə gedəcək.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan bugünkü mətbuat konfransında deyib.
“Kobud səslənməsin, amma bu, süfrəyə yarımçıq şam yeməyi vermək kimidir”, - o bildirib.
O əlavə edib ki, Ermənistan-Azərbaycan görüşləri başa çatdıqda, bu o demək olacaq ki, onlar arasında sülh müqaviləsinin mətni razılaşdırılıb və imzalanmalıdır:
“Sualınız bu sənədin imzalanma mərhələsinə çatıb-çatmaması ilə bağlıdırsa, təəssüflə deməliyəm ki, yox. Ölkə parlamentində də bu sənədin və ya onun layihəsinin niyə gizli qalması ilə bağlı suallar var idi. Müxalifətdən olan həmkarlarımı Xarici İşlər Nazirliyinə bu sənədlərin məzmunu ilə tanış olmağa dəvət etdim, lakin müxalifət bundan imtina etdi”.
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı