Açığı, oyunu tam izləmədim. Həmin saatlarda məşqimiz var idi. Ümumi təəssüratlar pis deyil.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlının İsveçin "Yurqorden" komandasındakı debüt oyunu ilə bağlı danışarkən deyib.
51 yaşlı mütəxəssis bildirib ki, indidən bu barədə ətraflı fikir bildirmək tezdir:
"Bu komandaya gedənədək xeyli müzakirəmiz oldu. Təkcə Musanın oyunu ilə deyil, oradakı gedişatla, klubun iş prinsipləri ilə maraqlanıram. Məncə, faydalı olmalıdır. Amma yenə də zaman lazımdır. Qarşıdakı oyunlardan, təqribən 1-2 aydan sonra dəqiq fiir bildirmək olar".
Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. 21 yaşlı forvardın debüt oyunu "Elfsborq"la çempionat matçına (0:4) təsadüf edib.
- Bu ərazilərdə işıq olmayacaq
- IV Şuşa Qlobal Media Forumu başlayır
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu