Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, Yamən Şıxəmirli toy mərasimində bıçaqlanıb. Hadisəni törədən A.Əhmədov isə bəy olub.
Faktla bağlı araşdırma aparılır.
- Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir
- Rusiyadan Bakıya çağırış
- ABŞ-ın Azərbaycan və Ermənistana planı...
- Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Video
- Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya
- Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml
- Rusiyalı deputat: Bakı bizdən üzr gözləyir, amma biz...
- Əliyevlə danışdım, Səfərovların Rusiyada qətli...