Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a onun vəkili Elnur Vəliyev məlumat verib.
Onun sözlərinə görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.
- Prezident tapşırığı: Müşavirə keçirildi
- Ərsin Tatara Fəxri Doktor Diplomu təqdim edilir
- Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir
- Rusiyadan Bakıya çağırış
- ABŞ-ın Azərbaycan və Ermənistana planı...
- Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Video
- Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya
- Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml