Azərbaycanda kino ittifaqları birləşdi, adı dəyişdirildi

12:26 - 26 İyul 2023 - GÜNDƏM

 Azərbaycanda kino ittifaqları birləşdi, adı dəyişdirildi

11:49

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında qərar qəbul edilib.

Kult.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev məlumat verib.

Onun sözlərinə görə, iclasda ölkədəki kino sahəsinə dəstək məqsədilə hər iki qurumun birləşməsi ilə bağlı qərar qəbul edilib:

"Yeni təşkilat Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təklifi ilə Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılıb. Hələ ki sədrlik məsələsi düşünülməyib, çünki ayrılma prosesi bir müddət, təxminən bir ay, ay yarım çəkəcək. Ona görə də heç bir təklif yoxdur. Yəqin ki, bununla bağlı daha sonra addım atılacaq. Onsuz da hər iki qurumun işi eyni idi və yekun olaraq ittifaqlar birləşdi. Bəzi sənədləşmə işləri var, yekunlaşdıqdan sonra birliyə kimin rəhbərliyi edəcəyi müəyyənləşəcək".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol