Qərb Kiyevə ilin sonuna qədər vaxt verib. Ukrayna o vaxta qədər nə qazansa, ona məxsusdur, geri qalanlar isə danışıqlar masasında müzakirə olunacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri tanınmış ukraynalı jurnalist Dmitri Qordon “Qordon” internet nəşrinin baş redaktoru Ales Batsmana müsahibəsində deyib.
“Mən xoşagəlməz sözlər deyəcəyəm, Qərb Ukraynaya deyir: sizin ilin sonuna qədər bütün məsələləri həll etmək imkanınız var. Bacardığınız qədər ərazini geri alın, bunun üçün sizə hər şeyi veririk: indi ATACMS və F-16 verəcəyik, nüvə silahından başqa hər şeyi tədarük edəcəyik. İlin sonuna qədər geri aldığınız hər şey sizindir, ala bilmədikləriniz danışıqlar masasında olacaq. Bu, Petr Pavelin (Çexiya prezidenti – red.) dediyidir, bunu qeyri-rəsmi formada bildirirlər. Bunu mənə danışıqlarda iştirak edənlər deyir”, - o bildirib.
- Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir
- Rusiyadan Bakıya çağırış
- ABŞ-ın Azərbaycan və Ermənistana planı...
- Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Video
- Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya
- Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml
- Rusiyalı deputat: Bakı bizdən üzr gözləyir, amma biz...
- Əliyevlə danışdım, Səfərovların Rusiyada qətli...