AB-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyəti Rusiya ilə geosiyasi qarşıdurmaya yönəlib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.
“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər hansı töhfədən söhbət getmir. AB missiyası yalnız vəziyyəti gərginləşdirdi və onlar Ermənistan-Azərbaycan sərhədində toqquşmanın qarşısını almaq üçün heç bir təsir göstərmədi”, - o bildirib.
O qeyd edib ki, bunu Rusiyanın qiymətləndirmələri da təsdiqləyir:
“Gərginliyin azaldılmasının əsas mexanizmlərindən biri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi olmalıdır. Moskva uzun fasilədən sonra iyulun 12-də keçirilən növbəti, dördüncü görüşü alqışlayır və tərəflərə məsləhətçi yardım göstərməyə hazır olduğunu təsdiq edir. Kanadalıların Ermənistanda peyda olması AB-nin tamamilə itirmiş xarici siyasət müstəqilliyinin ABŞ və NATO-nun maraqlarına xidmət etdiyini açıq şəkildə təsdiqləyir”.
- IV Şuşa Qlobal Media Forumu başlayır
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video