Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatında qeyd olunduğu kimi, Rusiya üçün iki qardaş xalqın sülh prosesi humanitar sahəni də əhatə etməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Rusiyanın dəstəyi ilə Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri, ekspert icmaları, dini liderləri arasında dialoqun davam etdirilməsi, eləcə də xalqlar arasında etimadın möhkəmləndirilməsi məqsədilə parlamentlərarası təmasların başlanması üçün müsbət atmosfer yaratmaq vacibdir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, hamımızın gördüyümüz və anladığımız kimi, asan getmir, lakin sülhün alternativi yoxdur. Dünən Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşündə bununla bağlı məsələlər müzakirə olunub. Biz qeyd olunan təmasların yaxın aylarda həyata keçiriləcəyini gözləyirik”, - Zaxarova deyib.
- Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərləndi
- “Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır”
- Bunun üzərində 10 ildən artıq çalışmışıq - Prezient
- Şuşada Prezidentin iştirakı ilə Forum başladı - Yenilənir-Canlı
- Bu ərazilərdə işıq olmayacaq
- IV Şuşa Qlobal Media Forumu başlayır
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- “Kabelə görə heç kimi öldürməzlər, elə yeri qalmamışdı deşilməsin” - Video