İranın Qafandakı baş konsulu Mürtəza Abidin Varamin erməni dilini öyrənir.
BUTA.TV xəbər verir ki, bu barədə o, erməni mediasına açıqlamasında deyib.
Varamin bildirib ki, erməni dilini öyrənərkən 1640 ortaq söz olduğunu görəndə heyrətə gəlib:
“Bu, məndə xoş duyğular oyadır - əlbəttə, fonetik baxımdan o sözlər bir qədər fərqli səslənir. Məsələn, xəşəng, cigər, can... Qafan muzeyində mən milli paltar geymiş erməni qadının fotosunu gördüm. Əvvəllər bizdə də belə geyinirdilər, indi də kəndlərdə bu cür geyinirlər. Bizim çoxlu oxşar adətlərimiz var”.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
O, əlavə edib ki, İranda erməni mədəniyyəti və abidələri qorunur. Bu il o özü də İranın Culfa şəhərində Birinci Şəhid Müqəddəs Stefan monastırının ərazisində keçirilən tədbirdə iştirak edib. Konsul Ermənistanın müxtəlif bölgələrindən olan insanların bu monastıra ziyarətinin təşkilini təklif edib. Diplomat diaspor ermənilərinin də iştirakına ümid edir:
“Bundan əlavə, yaxın vaxtlarda Qərbi Zəngəzurda daha bir erməni-İran kulinariya və mədəniyyət festivalı keçiriləcək. Bu dəfə tədbir Qafanda olacaq”.
Zəruri olaraq xatırladaq ki, “erməni milli geyimi”nin iranlı konsula “tanış” gəlməsinin səbəbi Güney türklərinin geyimi olması və onun hələ də Cənubi Azərbaycanda istifadə edilməsidir. İran diplomatı hiyləgərcəsinə erməni oğurluğuna haqq qazandırmağa çalışır.
Güney Azərbaycanın Culfa şəhərində isə hər hansı erməni monastırı yoxdur, bu, Alman abidəsidir.
- Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran - Fotolar
- Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?
- “Hakim bu səviyyəyə uyğun idimi?” - Deşamdan qalmaqallı açıqlama
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq
- Estetiksiz qadın, yoxsa təbii dondurma? - Foto
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir