Sumqayıtda transformatorda baş vermiş yanğın nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.
BUTA.TV xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, ötən gün axşam saatlarında ərazini elektrik enerjisi ilə təmin edən transformatorda yanğın baş verib.
Nəticədə mikrorayon ərazisində elektrik enerjisinin verilişi kəsilib və xeyli sayda ev işıqsız qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Amma evlərə və mənzillərə elektrik enerjisinin verilişi tam bərpa olunmayıb.
"Azərişıq" ASC-nin “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin "Sumqayıt Elektrik Şəbəkəsi"ndən "Report"un yerli bürosuna bildirilib ki, hazırda qeyd olunan ərazidə təmir-bərpa işləri aparılır.
Bildirilib ki, qısa zaman ərzində ərazidəki evlər və mənzillər elektrik enerjisi ilə tam təmin ediləcək.
- Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
- Ər-arvadın qəzada ölməsi faktı ilə bağlı cinayət işi başladı
- Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?
- 31 ton dizel olan avtomobildə yanğının qarşısı alındı
- Yanacaq daşıyan “Mercedes”də yanğın - Video
- Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran - Fotolar
- Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?
- “Hakim bu səviyyəyə uyğun idimi?” - Deşamdan qalmaqallı açıqlama