Yolu azaraq Ermənistan ərazisinə keçən və saxlanılaraq qondarma qətl ittihamı ilə 20 il müddətinə həbs olunan Azərbaycan hərbçisinin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Faktİnfo” nəşri məlumat yayıb.
Bildirilir ki, Azərbaycan əsgəri Hüseyn Axundovun guya qətlə yetirdiyi Zəngəzur mis-molibden zavodunun gözətçisi Ayrapet Məliksetyanın hüquqi varisləri məhkəmənin hökmündən narazıdırlar.
Onlar saxta ittihamlarla həbs edilən Azərbaycan hərbçisinə ömürlük cəza tələb edirlər.
Qeyd edək ki, 2023-cü ilin aprelində Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan ərazisində keçib.
Hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb və onlara qarşı saxta ittihamlar irəli sürülüb. Aqşin Bəbirov 11,5, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.
- Prezident onların vəzifəsini dəyişdi
- Azərbaycan vətəndaşı Monteneqroda tutularaq ekstradisiya edildi
- Magistratura imtahanının nəticələri elan olundu
- Habil Əliyevin adı bu məktəbə verildi
- Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
- Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
- “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 müraciət daxil oldu
- 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi