Ağsuda biçilmiş taxıl sahəsinin qəsdən yandırıldığı müəyyənləşib.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Ağsu rayonu, Nuran kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 5 ha ərazidə biçilmiş taxıl sahəsi, 2 ha ərazidə isə quru ot və kol-kos yanıb, xəsarət alan olmayıb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Belə ki, Xidmət tərəfindən həyata keçirilən zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayon, Zərqəva kənd sakini 1973-cü il təvəllüdlü Bəhlul Fəyyaz oğlu Məmmədov tərəfindən törədildiyi müəyyən edilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
- Prezident onların vəzifəsini dəyişdi
- Azərbaycan vətəndaşı Monteneqroda tutularaq ekstradisiya edildi
- Magistratura imtahanının nəticələri elan olundu
- Habil Əliyevin adı bu məktəbə verildi
- Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
- Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
- “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 müraciət daxil oldu
- 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi