Ötən həftə saytımızda Qubada yaşayan tanınmış jurnalist Cəmil Məmmədlinin videomüsahibəsi yayımlanmışdı.
O, müsahibəsində araşdırdığı səs-küylü qətl hadisəsinin açılmasının qarşısını almaq üçün bəzi qüvvələrin onu saxta ittihamlarla həbs etdirmək istədiyini bildirmişdi.
C.Məmmədlinin sözlərinə görə, 2010-cu ilədə yaşadığı evdə qətlə yetirilən “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın övladları ondan üstü açılmayan bu cinayətlə bağlı jurnalist araşdırması aparmağı xahiş ediblər. Araşdırma zamanı bəzi müəmmalı məsələlərin ortaya çıxması tərəflər arasında narazılığa səbəb olub. Jurnalist bildirib ki, bundan sonra rayonda kifayət qədər gücə sahib olan Babayevlər ailəsi onun həbsinə çalışan Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyevlə birləşərək, oyun qurublar. Müsahibə dərc olunduqdan sonra qətlə yetirilən iş adamı Nəcimə Babayevanın oğlu Fuad Həbibov Bakupost-la əlaqə saxlayaraq, jurnalistin Həbibovlar ailəsinin ünvanına əsassız ittihamlar səsləndirdiyini, bəzi məsələlərə aydınlıq gətirmək istədiyini bildirdi.
O, videomusahibəsində jurnalist Cəmil Məmmədli ilə aralarında yaranan narazılıqların səbəbindən danışdı, onun bir sıra fikirlərinin doğru olmadığını vurğuladı, öz növbəsində jurnalistin ünvanına bir sıra ittihamlar səsləndirdi.
Fuad Həbibov ilə müsahibəni təqdim edirik:
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video
- “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video
- Prezident onların vəzifəsini dəyişdi