Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev cinsi azlığın nümayəndəsi kimi tanınan ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilova müsahibə verdiyi üçün tənqid olunmasına münasibət bildirib.
R.Balayev açıqlamasında onun İsmayıl Cəlilovun cinsi azlığın nümayəndəsi olduğunu bildiyi halda müsahibə verdiyini deyənlərə belə cavab verib: “Qələt edirlər. İsmayıl Cəlilovun cinsi azlığın nümayəndəsi olduğunu bilsəydim, əlbəttə, ona müsahibə verməzdim. Mən elə adamlarla danışmazdım. Ümumiyyətlə, bu, bədbəxtlikdir. Nə bilim, vallah. Onlar mənim nəyimə lazımdır?”
Xatırlatma: ANS ÇM radiosunun əməkdaşı olmuş İ.Cəlilov Amerikaya mühacirət edib. O hətta cinsi azlığın nümayəndəsi kimi homoseksual tərəfdaşı ilə evlənib. İ.Cəlilovun müsahibədə Rasim Balayevə “mən də cinsi azlığam, amma özümü müsəlman sayıram, siz də məni müsəlman sayırsınızmı?” sualına R.Balayev “əgər siz geysinizsə, yox” deyib. O, İ.Cəlilovun “məni öz vətəndaşınız kimi görürsünüzmü?” sualına isə “eşitdim və təəccüb qaldım” cavabını verib.
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video
- “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video
- Prezident onların vəzifəsini dəyişdi