Ağdam-Xankəndi yolunda, rus sülhməramlıların blok-postunun önündə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardımın qarşısını kəsərək, Xankəndiyə daxil olmasına mane olan ermənilərlə bağlı süjet yayılıb.
BUTA.TV xəbər verir ki, erməni mediası “acından ölən” ermənilərin Qızıl Aypara Cəmiyyətinin göndərdiyi 40 ton unu qəbul etməmək üçün “mübarizə apardığını”, yardım aparan azərbaycanlılardan bir neçə yüz metr məsafədə olduqlarını bildirib.
Ən maraqlı məqam isə “aksiya keçirən” “fəalların” üzünün göstərilməməsidir. Belə ki, kadrlarda yardımın önünü kəsənlərin tanınmaması üçün bütün “texniki qaydalara” əməl edilib.
Bu isə təsadüfi deyil. Çünki Azərbaycan qanunlarına qarşı çıxan və separatizmi yayan ermənilərin DTX tərəfindən dərhal qeydə alındığı və güc strukturlarının sisteminə oturdulduğu artıq ermənilərə yaxşı məlumdur. Bunun nəticəsidir ki, bir neçə gün öncə bayrağımızı təhqir edən futbolçular “Laçın” postunda saxlanıldı və onlara inzibati həbs verildi.
Hazırda “aksiya” keçirən ermənilər də əməllərinin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən hüquqi qaydada layiqincə cavablandırılacağını yaxşı bilirlər: ya “Laçın” postunda, yaxud da Xankəndinin özündə. Ona görə də artıq tanınmamaq üçün tədbirlər görürlər.
Xatırladaq ki, Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardımın qarşısını kəsənlər Xankəndiyə yerləşdirilən rusiyalı milyarder Ruben Vardanyanın təşkilatının üzvləridir.
- Azərbaycanlılarla qarşılaşdım, bizdən zəifdirlər, amma... - Aqabekyan
- Bu da Stalinin məşhur bunkeri - FOTO
- Şok: qəzadan sağ çıxdı, evakuatorun trosu isə öldürdü
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi