Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 442-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
BUTA.TV fərmanın mətnini təqdim edir:
1. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; 2025, № 4 (I kitab), maddə 340, № 6, maddə 561, № 7, maddə 633, № 11, maddələr 1036, 1038; 2026, № 1, maddələr 24, 41, № 3, maddə 237; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 661 nömrəli və 8 may tarixli 663 nömrəli fərmanları) 4-cü hissəsindən “208-ci (Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama),” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. yayılması qadağan edilən informasiyanın süni intellekt texnologiyaları və digər texniki vasitələrin köməyi ilə avtomatik aşkarlanmasını və internet informasiya ehtiyatlarında yerləşdirilməsinin qarşısının alınmasını təmin etmək məqsədilə “Yayılması qadağan edilən informasiyaya nəzarət” informasiya sisteminin yaradılması barədə təkliflərini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 442-VIIQD nömrəli Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yayılması qadağan edilən informasiyanın süni intellekt texnologiyaları və digər texniki vasitələrin köməyi ilə avtomatik aşkarlanması və internet informasiya ehtiyatlarında yerləşdirilməsinin qarşısının alınması üçün tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Yayılması qadağan edilən informasiyaya nəzarət” informasiya sisteminin yaradılması, aparılması və saxlanması xərclərinin, həmçinin bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan tapşırığın icrasının maliyyələşdirilməsi məsələlərinin həll edilməsi üçün müvafiq tədbirlər görsün.
5. Bu Fərmanın 1-ci hissəsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
- Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi - Video
- Kolleclərə ixtisas seçimi nə vaxt başlayır?
- Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Bağırov yeni idarə yaratdı, rəis təyin etdi - Foto
- İsa Qəmbər 33 il sonra Qarabağda... - Video
- Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır