59 yaşlı kişi evində faciəvi şəkildə öldü

15:03 - 30 İyul 2026 - GÜNDƏM

 59 yaşlı kişi evində faciəvi şəkildə öldü

Lerik rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə rayonun Livədirqə kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evdə hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol