Gənclərin, xüsusən ofis işçilərinin şikayətləndiyi xroniki yorğunluq sindromu pandemiyadan sonra daha da artıb.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, həkim Yekaterina Demyanovskaya xroniki yorğunluğun bir sıra patologiyalarla əlaqəli olduğunu bildirib.
“Bunlar anemiya, qalxanvari vəzi problemi, depressiya, gizli infeksion xəstəliklər, xərçəng, hepatit səbəbi ola bilər. Pandemiyadan sonra artma səbəbi koronavirus kimi infeksion xəstəliyə yoluxmaların olması idi. Bu sindromun müalicəsi hazırlanıb. Əsasən qida, mineral, vitamin qəbulu, həyat tərzinə dəyişiklik lazımdır.
Bu xəstələr mütləq rasiondan şəkəri çıxarmalıdır, şokolad, konfetdən sonra qəfil enerji yüksəlməsi olsa da, qısa müddətə o kəskin enir və insan özünü daha da tükənmiş hiss edir.
Yorğunluqla mübarizə üçün bütün infeksion xəstəliklər, rinit, bronxit, haymorit, sistit belə müalicə olunmalıdır. Eləcə də psixiatr, psixoloq dəstəyi lazımdır", - o qeyd edib.
Kimlərdə xroniki yorğunluq yaranır?
- Əməliyyatdan, narkozdan sonra;
- Daimi stress keçirənlər;
- Oturaq gərgin iş;
- Qeyri-əlverişli iş şəraiti;
- Fiziki hərəkətin olmaması;
- Şirniyyat yemək, zəif qidalanmaq.
- Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
- İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
- Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər - VİDEO
- 67 yaşında özünə toy edən general gənclərə nümunədir
- Rövşən Pənahlı da işdən çıxarıldı
- Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı
- Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video
- Vahid Ələkbərovun sərvəti açıqlandı