“Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib

00:48 - 31 İyul 2026 - GÜNDƏM

 “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmalarına yekun vurulacaq.

BUTA.TV” xəbər verir ki, “Qarabağ” növbəti mərhələ uğrunda mübarizəsini davam etdirəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi səfərdə Bolqarıstanın ÇSKA klubu ilə üz-üzə gələcək. Sofiyadakı Vasili Levski Milli Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar mərhələnin ilk oyununda Bakıda qarşılaşıb. Tərəflərin mübarizəsində qol vurulmayıb və görüş 0:0 hesabı ilə başa çatıb. Bu səbəbdən Sofiyadakı cavab matçı növbəti mərhələyə yüksələn komandanı müəyyənləşdirəcək.

Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Həmin cütün ilk oyununda “Makkabi” rəqibini 5:0 hesabı ilə məğlub edib.

30 iyul

UEFA Avropa Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

22:00. ÇSKA (Bolqarıstan) - “Qarabağ” (Azərbaycan)

İlk oyun - 0:0

Baş hakim: Bran van Den Dries (Belçika)

Sofiya. Vasili Levski Milli Stadionu

***

Komandaların start heyətləri bəlli olub:

ÇSKA: 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. İoannis Pittas, 9. Leandro Qodoy

Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto

“Qarabağ”: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqo, 7. Jali Muaddib, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanli, 25. Cebrail Mekreskis, 29. Renaldo Sepas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov

***

Matç başladı.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Matç 0:0 hesabı ilə yekunlaşır. Komandalar əlavə vaxtda münasibətlərinə aydınlıq gətirəcəklər.

***

Əlavə I hissə başladı.

***

Əlavə I hissə yekunlaşdı.

***

Əlavə II hissə başladı.

***

Əlavə II hissə başa çatdı. Komandalar penaltilər seriyasında qalibi müəyyənləşdirəcəklər.

***

Marko Yankoviç penaltidən fərqlənir.

***

İoannis Pittas da qol vurur.

***

Mateus Silva penaltini qaçırır.

***

Teodor İvanov komandasını seriyada önə keçirir.

***

Jali Muaddib komandamızın növbəti qolunu vurur.

***

Jan-Filip Qbamin üçüncü zərbəni dəqiq yerinə yetirir.

***

Renaldo Sefas ümumi hesabı bərabləşdirir. 3:3.

***

Stefano Sensi komandasını önə çıxarır yenə.

***

Joni Montiel də qol vurur.

***

Ceyms Eto komandasının qələbə qolunu vurur. Bununla da komandamız yoluna UEFA Konfrans Liqasında davam edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol