Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov və müğənni Müjgan Ayxanın sevgili olduqları məlum olub. Bu barədə "Maqazin plus" verilişində süjet yayımlanıb. Proqramın əməkdaşları gecə saatlarında Eşqin və Müjganı məkanların birindən birlikdə çıxarkən görüntüləyiblər.
Onlar sevgili olmaları ilə bağlı suallara rədd cavabı verməyiblər. Müjgan Eşqin olduğu yerdə danışmayacağını bildirib: "Bizə öyrədiblər ki, kişi olan yerdə xanım danışmaz".
Eşqinsə bu iddiaları özünəməxsus şəkildə cavablandırıb: "Subay qızdı, subay oğlanam. Bunun heç kimə aidiyyatı yoxdur. Özümüz bilərik. Nə olsa, biləcəksiniz". Ayxan ləqəbli müğənni ən çətin günlərdə yanında Eşqinin olduğunu vurğulayıb: "Bircə onu deyə bilərəm ki, ən çətin günlərimdə Eşqin yanımda oldu".
Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
Qeyd edək ki, Eşqin bir neçə ay öncə müğənni Aysun İsmayılova ilə münasibətinə son qoyub.
Mənbə: Bakıvaxtı.az
- Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - Video
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Bəzi avtobuslar bu dayanacaqlarda saxlamayacaq
- Sürücülərin nəzərinə: Bu yol bağlanır!
- Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı
- Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
- Kəlbəcər-Laçın yolu belə inşa edilir - Video
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi