Çinlə Hindistan arasında sərhəddə vaxtaşırı gərginlik yaşanır, dağlarda döyüşlər baş verir, hər iki tərəfdən itkilər olur. Bu gedişlə Çinlə digər qonşusu Yaponiya arasında da toqquşma baş verə bilər. “Röyters” agentliyinin məlumatına görə, Çinin sahil mühafizəsi Yaponiyanın bir neçə gəmisinin Şərqi Çin dənizindəki mübahisəli adalar ətrafındakı sulara daxil olduğunu bildirib. Pekinin iddiasına görə, Yaponiyanın balıqçı və hərbi gəmisi Çinin Diaoyu adlandırdığı mübahisəli adaların yaxınlığında görünüb. Çinlə Yaponiya dənizlərdə eyni adalara iddia edirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Yaponiya Çinlə hərbi toqquşma istəmir, ancaq dənizlərdəki adalardan da imtina etməyəcək:
“Tokio həm də ondan narahatdır ki, Çin hərbi gücünü artırmaqla yanaşı, bu ölkə Rusiya ilə birgə Yaponiya adalarına yaxın ərazilərdə birgə hərbi təlimlər keçirir. Bunun qarşısının alınmasının yolu Yaponiyanın hərbi büdcəsini artırmasından keçir. Məsələ burasındadır ki, İkinci Dünya müharibəsində ABŞ-a məğlub olan Yaponiyaya hərbi büdcəsini artırmaq illər uzunu qadağan olunub. Yaponiyanın İkinci Dünya müharibəsindən sonrakı iqtisadi inkişafı həm də bu ölkənin hərbiyə çox az maliyyə xərcləməsiylə bağlıydı. Ancaq bölgədə şərtlər dəyişib və Vaşinqtonun özü Yaponiyaya məsləhət görüb ki, hərbi büdcəsini artırsın”.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?