1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın şikayətinə baxılıb.
“BUTA TV”nin məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi indilərdə qərarını açıqlayıb. Müğənninin vəkili Hikmət Əliyev birinci instansiya qərarının ləğv edilməsini, müvəkkilinin sərbəst buraxılmasını istəyib.
Məhkəmə cinayətin ağırlığını, dəymiş ziyanın ödənilməməsini, ən əsası istintaqın yeni başlamasını nəzərə alıb. Nəticədə apellyasiya şikayəti təmin edilməyərək Rəqsanənin həbsinin davamına qərar verilib.
Qeyd edək ki, cinayət işinin istintaqını polis aparır. İş materiallarında yazır ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirib.
Zərərçəkmişə dəymiş ziyan ödənilməyəcəyi halda müğənni 14 ilə kimi həbslə cəzalandırıla bilər.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio