3 il yarımdır Ukrayna bataqlığından çıxa bilməyən Rusiya indi də əlinin altında saxladığı media resursları ilə Azərbaycanı “hərbi əməliyyat”la hədələyir.
BUTA.TV xəbər verir ki, Rusiya hakimiyyətinə yaxınlığı ilə seçilən “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Azərbaycana qarşı xüsusi hərbi əməliyyat barədə “müzakirələr getdiyi” iddiasını yayıb.
“Azərbaycanda xüsusi hərbi əməliyyat bəlkə də bir az da yaxınlaşıb. Amma bu o demək deyil ki, mütləq baş verəcək. Hazırda müzakirələr gedir”, - kanal Kremldəki mənbələrə istinadla bildirib.
Kanal hətta Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadla hərbi əməliyyatın detallarını da açıqlayıb.
“Uzaqmənzilli silahlarımızdan istifadə edəcəyimiz aydındır. Xüsusilə raketlər və PUA-lar mütləq Bakıya doğru uçacaq. Ordumuz düşmən dövlətinin ərazisinin bir neçə rayonunu da nəzarətə götürə bilər. Hansı rayonlar olduğu sirrdir. Amma Azərbaycan qoşunlarının uzun müddət müqavimət göstərə biləcəyini düşünmürəm”, - “mənbə” deyib.
O qeyd edib ki, Azərbaycanda “xüsusi hərbi əməliyyatla qərar hələlik verilməyib”.
Xatırladaq ki, bu, Kremlin Azərbaycanın 25 dekabr 2024-cü ildə Qroznı səımasında AZAL mülki təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyət daşımalı olduğu barədə haqlı tələblərinə qarşı aylardır davam edən informasiya təsiri cəhdinin növbəti dalğasıdır.
- Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan
- Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi
- Tariximizin Zəfər salnaməsi!
- Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
- Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan
- Türkiyə F-16-ları Azərbaycana göndərir
- Paşinyandan Azərbaycan açıqlaması: Bu tarixi hadisədir!
- Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir - Qənbər kimdir?