Artıq üçüncü gündür ki, Azərbaycana kimlərin nəşinin gətirilməsi ilə bağlı müzakirələr cəmiyyətin gündəmini zəbt edib. Tarixi şəxsiyyətlərimiz haqqında elə qeyri-real təkliflər səsləndirilir ki, bu, elm və ziyalı dairələrində ciddi narahatlıq doğurur.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə şərqşünas alim, nəsimişünas Səadət Şıxıyeva sərt mövqeyini bildirib.
Alim qeyd edib ki, Azərbaycan ziyalılarının taleyi tarixi şəraitə görə müxtəlif ölkələrdə sonlanıb və onların məzarlarına toxunmaq milli dəyərlərə xidmət etmir:
“Orta çağlardan etibarən Azərbaycan ziyalıları müxtəlif səbəblərlə başqa ölkələrə üz tutublar və həmin məkanlarda ömürlərini başa vurublar. Bu gün bizim üçün ən böyük sərvət onların əsərləri və ideyalarıdır. Əgər məzarları məlumdursa, onu qorumaq, bərpa etmək, imkan düşəndə ziyarət etmək və ruhlarına dua etmək bizim vəfa borcumuzdur. Amma onların gorunu açıb ruhsuz cisimlərinə əziyyət verməklə milli təəssübkeşlik nümayiş etdirmək olmaz. Bu, cəhalət və dardüşüncəlilikdən başqa bir şey deyil. Lütfən, qərib məzarları və ruhları rahat buraxın” – deyə alim bildirib.
Qubada tullantılar sanitariya qaydalarına zidd daşınır: araşdırma tələb olunur - VİDEO
Xatırladaq ki, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarının Suriyadan Azərbaycana gətiriləcəyi ilə bağlı məlumat yayılıb. Məsələ ilə bağlı Suriyaya ilkin müraciət olunduğu da iddia edilir.
- Bunlar telefonunuzun tez sıradan çıxmasına səbəb ola bilər
- Ölkənin bəzi ərazilərində işıq olmayacaq
- Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur - Video
- DSX generalın vəfatı ilə əlaqədar başsağlığı verdi
- Bir neçə gün əvvəl vəzifə verilmişdi - Vəfat etdi
- 8 aydır vəziyyət belədir... - Video
- “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
- Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir