Azərbaycanla münasibətlərdə gərginlik artdıqca, Kreml Rusiyadakı azərbaycanlı icmaları təzyiq alətinə çevirir. Belə ki, Yekaterinburqda Vidadi Mustafayev Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinin rəhbəri seçilib. O, faktiki olaraq bir müddət əvvəl həbs edilən rəqibi Şahin Şıxlinskinin yerinə keçib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bundan sonra Vidadi Mustafayev Yekaterinburqda artıq Azərbaycan diasporunun olmadığını bildirib.
“Biz diaspora anlayışını ləğv etdik, çünki bu anlayış artıq özünü doğrultmayıb. Mən bu vəzifədə gənclərin tərbiyəsi ilə məşğul olmağı planlaşdırıram. Axı onlara heç kim başa salmayıb ki, nə yaxşıdır, nə pis. Biz onlara izah edəcəyik ki, Rusiya qanunlarına uyğun yaşamaq lazımdır. Şahin Şıxlinskinin diaspora rəhbəri kimi fəaliyyəti tamamilə uğursuz olub. Bu fəaliyyət biznesə və ya mədəniyyətə həsr olunmurdu. Şahin Şıxlinski yalnız cibinə işləyirdi", – deyə o, 66.ru saytına müsahibəsində bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya mətbuatı Şıxlinski ilə Mustafayevin rəqabəti və münaqişəsindən yazmışdı. Məlumata görə, Şahin Şıxlinskinin ailəsinə qarşı hüquq-mühafizə orqanlarını təhrik edən məhz Vidadi Mustafayev olub.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
- Bu yolda hərəkət qismən məhdudlaşdırılır - 5 gün...
- Dərs vaxtı telefon qadağasının məqsədi... - Nazir
- Provayderlər necə fəaliyyət göstərəcək? – Yeni qanun
- Bakıda bu marşrutlar saatlarla gəlmədi – Səbəb
- Azərbaycanda 50 min manatlıq yeni cərimə...
- “Müəllimə yazıq kimi baxılmamalıdır...”
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
- Emin Ağalarovdan ev istədi, o isə saat hədiyyə etdi - Video