“Rus dünyası” Fondunun əməkdaşları Azərbaycan Dillər Universitetində qonaq olublar.
BUTA.TV xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Bildirilib ki, Rusiyaşünaslıq mərkəzi ADU-da yeni təsis olunmasına baxmayaraq, uğurla faəliyyət göstərir, mərkəzin iş prinsipləri yüksələn xətlə inkişaf edir:
“ADU son illər təhsil uğurları və elmi nailiyyətləri ilə həm ölkədə, həm də dünyada böyük nüfuz qazanıb. ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti beynəlxalq əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. ADU-nun Rusiyaşünaslıq mərkəzi tələbələrin və müəllimlərin bilik və bacarıqlarının artırılması və beynəlxalq əlaqələrin qurulması yönündə öz fəallığı ilə seçilir”.
Görüşdə iştirak edən “Rus dünyası” Fondunun icraçı direktoru Vladimir Vyaçeslavoviç, Rusiya qrantları proqramının koordinatoru Svetlana Şerbakova, Rusiya səfirliyinin birinci katibi Sergey Leonidoviç, “Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə öz təşəkkürlərini bildiriblər.
Qonaqlar ADU ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib, qarşılıqlı elmi təcrübələrin aparılmasının əhəmiyyətindən danışıblar.
Bildirilib ki, Rusiyada xarici dillərin tədrisi və tədqiqi, həmçinin Azərbaycan dilinin öyrənilməsi üçün əlverişli imkanlar mövcuddur. Burada dil, mədəniyyət, tarix sahələrinin tədqiqinin də vacibliyi diqqətə çatdırılıb.
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video
- Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması... - Video
- Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi