Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs ilə 19 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edilib.
Ədliyyə Nazirliyi tərəfindən artıq bu gündən etibarən qərarın icrası istiqamətində işlərə başlanılıb. Belə ki, amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı artıq hazırlanıb. Qərarın təxirə salınmadan icrası barədə Nazirliyin aidiyyəti struktur qurumlarına zəruri tapşırıqlar verilib.
BUTA.TV xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.
“Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.
Ədliyyə Nazirliyi tərəfindən Qərarın icrası amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq, mərhələli şəkildə təxirə salınmadan həyata keçiriləcək.
Həmçinin Nazirlik tərəfindən amnistiya aktının icrası barədə ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim ediləcək”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Milli Məclis bu gün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edib.
Amnistiya elan olunması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.
- Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos
- Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan
- İlham Əliyev Davosda panel iclasda iştirak etdi
- Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu
- Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama
- 2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı
- Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama
- İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı