Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin 30 noyabrda İstanbulda müvəqqəti yaşadığı mənzildən deport üçün məntəqəyə aparılmasından sonra onun Azərbaycana qısa müddətdə göndəriləcəyi gözlənilsə də, bu baş vermədi. Ekspertlər isə bunu G.Hacıbəylinin vəkillərinin şikayəti ilə əsaslandırdılar. Belə ki, vəkillərin şikayət verməsi üzərinə 14 günlük araşdırma aparılmalı idi və yalnız bu müddət tamam olduqdan sonra G.Hacıyevanın deport edilib-edilməməsi barədə qərar veriləcəkdi.
14 günlük müddət başa çatsa da, MŞ üzvü ilə bağlı hər hansı məlumat yoxdur. G.Hacıyeva özü də heç bir açıqlama yaymayıb, onun son açıqlaması isə 3 dekabra aiddir.
Məsələ ilə bağlı BUTA.TV-ı məlumatlandıran adının açıqlanmasını istəməyən türkiyəli ekspertin sözlərinə görə, Türkiyənin xarici vətəndaşlarla bağlı 6458 saylı qanununa əsasən, deportasiya mərkəzində saxlanılma müddəti 6 aya qədər uzadıla bilər:
“Əgər Gültəkin Hacıbəyli Türkiyədə müvəqqəti yaşamaq icazəsi üçün müraciət edərkən siyasi sığınacaq istəyibsə, bu halda onun Azərbaycana təhvil verilməməsi mümkündür. Lakin o, sadəcə, oturum izni aldığını bildirir və belə olan halda onun iki həftə ərzində Azərbaycana göndərilməsi lazım idi. Ancaq görünür, o, qərardan verdiyi şikayətin araşdırılmasını və məhkəməyə çıxarılmasını tələb edir, buna görə də proses 14 gündən çox, hətta 6 aya qədər çəkə bilər. Əgər məhkəmə qərarından şikayət verərsə, onda bu müddət 12 aya qədər uzana bilər”.
O vurğulayıb ki, Azərbaycan G.Hacıbəylini olduqca ağır cinayətdə şübhəli bilir, buna görə də Türkiyənin onu geri göndərəcəyi ehtimalı yüksəkdir:
“Gültəkin Hacıbəylinin 30 noyabra, yəni deport olunması üçün qapısı döyülənə qədər Türkiyədən siyasi sığınacaq istəməsi ehtimalı çox aşağıdır. Əgər o, saxlanıldıqdan və deportasiya məntəqəsinə yerləşdirildikdən sonra siyasi sığınacaq üçün müraciət edibsə, bu halda onun siyasi sığınacaq alması ehtimalı zəifdir. Bu baxımdan onun hər an Azərbaycana deport olunduğu xəbərini ala bilərsiniz”.
Ekspert onu da xatırladıb ki, qərar verilənə qədər Gültəkin Hacıbəyli deportasiya məntəqəsində saxlanılacaq.
G.Hacıbəylinin özü və təmsil olunduğu düşərgənin heç bir informasiya yaymamasına gəldikdə isə, ekspertin fikrincə, bu, Türkiyə siyasi elitasını hüquqazidd açıqlamalarla qıcıqlandırmamaq üçün vəkillərinin tövsiyəsi ola bilər.
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?
- Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi
- Putinlə Ərdoğanın danışığı hamını şoka saldı
- Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi