Ramiz Mehdiyevin ardından iki böyük vəzifəli şəxsin həbs olunacağını görürəm.
BUTA.TV xəbər verir ki, bunu ekstrasens Zirəddin Rzayev Musavat.com-a verdiyi proqnozlarda bildirib.
Rzayevin fikrincə, bu həbslər cəmiyyətdə ciddi rezonans doğura bilər.
Ekstrasens Rusiya–Azərbaycan münasibətlərinin gələcəyi barədə isə pessimist mövqe sərgiləyib. Bununla yanaşı, Azərbaycan–Ermənistan münasibətlərinə toxunan ekstrasens sülh prosesi ilə bağlı daha əvvəl də proqnoz verdiyini xatırladıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Paşinyan və Tramp ilə görüşü bu istiqamətdə ilk addım olub və siyasi baxımdan münasibətlər zamanla normallaşa bilər.
Lakin Rzayev hesab edir ki, iki xalq arasında yaranmış dərin psixoloji və mənəvi yaraların sağalması üçün uzun illər lazımdır. Onun fikrincə, təxminən 20 il keçməlidir ki, bu ağrı-acılar bir qədər səngisin və cəmiyyətlər arasında münasibətlər həqiqətən dəyişsin. Siyasi müstəvidə irəliləyiş mümkün olsa da, xalqların bir-birinə münasibətinin tezliklə düzələcəyinə inanmadığını da xüsusi vurğulayıb.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür