Azərbaycanda bir dəqiqəlik sükut oldu

12:04 - 20 Yanvar 2024 - GÜNDƏM

 Azərbaycanda bir dəqiqəlik sükut oldu

Yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

BUTA.TV xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən, qatarlardan siqnallar verilib, hüzn əlaməti olaraq ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın bütün ərazisində və bir sıra ölkələrdə şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edənlər qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edir, məzarları üzərinə tər çiçəklər düzürlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol