Novosibirsk sakinləri Azərbaycandan olan fəhlə Rza Rzayev üçün 70 min rubldan çox pul toplayıblar.
BUTA.TV Publika.az-a istinadən xəbər veririk, Rza yanvarın 17-də istilik magistralında baş verən qəza zamanı onlarla insanın həyatını xilas etməyə kömək edib. Bu barədə “Borusio”nun Teleqram kanalı məlumat yayıb.
Şəhərin Leninski rayonu Petropavlovskaya küçəsində kommunal qəza baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 6-7-ci mərtəbəyə qədər yerdən qaynar su bulağı çıxıb. Ən yaxın küçə isti suyun altında qalıb.
Sonradan məlum olduğu kimi, 14 nəfər yaralanıb. Azərbaycanlı olmasaydı, daha çox insan tələfatı ola bilərdi. Rza Rzayev əvvəlcə qaynar su basan yolayrıcından adlamaq üçün keçid təşkil edib, sonra isə insanların ondan istifadəsinə köməklik göstərib. O, uşaqları qucağında aparıb.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Hekayə sosial mediada böyük əks-səda doğurub. Novosibirskdən olan fəallar həmin şəxs üçün Azərbaycandakı övladlarının yanına uça bilməsi üçün pul yığıldığını elan ediblər. Təşkilatçıların hesablamalarına görə, toplanan vəsait gediş-gəliş biletləri və övladlarına hədiyyə üçün kifayət edəcək.
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf
- Hərbçilərimizin Qəzzaya göndərilməsi... - Bayramov
- Trampın yalanı: Zelenski “planı” necə oxumaya bilər?
- Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?
- Arakçı Şəhidlər xiyabanını ziyarət etdi