Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır.
BUTA.TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Ermənistan mediasında özünü hələ də hansısa qondarma “dövlətin prezidenti” kimi qələmə verən Samvel Şahramanyan adlı birisinin “dövlət naziri vəzifəsinə təyinat həyata keçirməsi” barədə məlumatlar yayılıb:
“Bundan əlavə, Ermənistanın keçmiş xarici işlər naziri, qatı irqçi Vardan Oskanyanın rəhbərliyi altında beynəlxalq səviyyədə iş aparılması üçün hansısa “komissiya”nın yaradıldığı bildirilir.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
“Bəs Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasının yolverilməzliyi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə qəsd hesab edən Ermənistan nəyə görə Azərbaycana qarşı belə düşmənçilik fəaliyyətinə şərait yaradır? Bütün bunlar Ermənistanın tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə bəyanatları ilə tam ziddiyyət təşkil edir”, - icmanın bəyanatında qeyd edilib.
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf
- Hərbçilərimizin Qəzzaya göndərilməsi... - Bayramov
- Trampın yalanı: Zelenski “planı” necə oxumaya bilər?
- Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?
- Arakçı Şəhidlər xiyabanını ziyarət etdi