Türkiyədə ağır qəza: 10 polis yaralandı

23:52 - 20 Yanvar 2024 - GÜNDƏM

 Türkiyədə ağır qəza: 10 polis yaralandı

Türkiyənin Ədirnə vilayətində ağır yol qəzası baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə "Haber Qlobal" məlumat yayıb.

Məlumata görə, polisləri daşıyan xidməti avtomobillə turistləri daşıyan avtobus toqquşub. Nəticədə 10-u polis olmaqla, 11 nəfər yaralanıb.

Hadisə yerinə polis, təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol