Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən xəbərə görə, günün ikinci yarısından fasilələrlə yağıntılı olacağı, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu gecə və gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
- HƏMAS-dan Trampın razılaşma açıqlamasına - İlk reaksiya
- Yanğınlara qarşı keçi və qoyunları səfərbər etdilər
- “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi onlardır
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Neftçi” də mübarizəni dayandırdı - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu