Abxaziyada 4 minə yaxın rəsm əsərinin olduğu fond yandı

13:48 - 21 Yanvar 2024 - GÜNDƏM

 Abxaziyada 4 minə yaxın rəsm əsərinin olduğu fond yandı

Abxaziyada məşhur abxaz rəssamlarının 4000-ə yaxın əsərinin olduğu Milli Rəsm Qalereyasının bütün fondu yanıb.

BUTA.TV xəbər verir ki, bu barədə qondarma “abxaziya respublikası”nın “mədəniyyət naziri” Dinara Smır məlumat verib.

Onun sözlərinə görə, Suxumidəki Mərkəzi Sərgi Zalında yanğın gecə saatlarında başlayıb:

“Yanğınsöndürənlər ikinci mərtəbədə yanğını söndürə biliblər. Mərkəzin damı tamamilə yanıb. Bu tabloları heç vaxt bərpa edə bilməyəcəyik. Burada Aleksandr Çaçba-Şerşavidzenin 300-ə yaxın əsəri var idi. Bu, əvəzolunmaz itkidir, təəssüf ki, heç nə etmək mümkün deyil”.

Smır bildirib ki, bütün ikinci mərtəbə tamamilə tüstü olduğu üçün nəyisə xilas etmək şansları olmayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol