İl-76-nın qəzaya uğradığı ərazidə raket qalıqları tapıldı

18:22 - 25 Yanvar 2024 - GÜNDƏM

 İl-76-nın qəzaya uğradığı ərazidə raket qalıqları tapıldı

Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğradığı ərazidə idarə olunan zenit raketinin elementləri tapılıb.

BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Hazırda geniş ərazidə təyyarənin fraqmentlərinin, metal konstruksiyaların axtarışı aparılır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol