Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində görüləcək birgə tədbirlər barədə müzakirələr aparıb.
BUTA.TV bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, Türkiyədə işgüzar səfərdə olan ADY-nin sədri Rövşən Rüstəmov bu gün bir sıra ikitərəfli görüşlər keçirib.
İlk olaraq Türkiyə Dövlət Dəmir Yollarının (TCDD) direktoru və İdarə Heyətinin sədri Hasan Pezukla baş tutmuş görüş zamanı iki ölkə arasında dəmir yolu sahəsində mövcud əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq kəsb edən Qars-Naxçıvan dəmir yolu və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi üzrə təkmilləşdirmə işləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin iki ölkənin dəmiryol qurumları arasında təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunub.
Daha sonra ADY sədri “TCDD Taşımacılık” şirkətinin direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçınla görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, beynəlxalq yük daşımaları sahəsində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti, gələcək planlar istiqamətində görüləcək birgə tədbirlər barədə müzakirələr aparılıb.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir