ABŞ İrana gizli şəkildə İŞİD terror təşkilatının Kirmanda general Süleymaninin anım günündə terror aktı törətmək niyyəti barədə xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.
“ABŞ İŞİD-in İrana hücum planlaşdırdığı barədə kəşfiyyat məlumatı aldıqdan sonra məxfi xəbərdarlıq edib”, - deyə bildirilib.
Bildirilib ki, müvafiq məlumat konkret və vaxtında idi və hücumun qarşısını almaq və ya qurbanların sayını azaltmaq mümkün idi. Lakin İran rəsmilərinin xəbərdarlığa cavab vermədiyi iddia edilir.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 91 nəfər ölüb, 284 nəfər yaralanıb.
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar
- Abşeron və Qaradağ əməliyyat: saxlanılanlar var - Video