Qax rayonunun Sarıbaş kəndinə gedən yol texnikalarla qardan təmizlənib, gediş-gəliş bərpa olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı Yol İstismarı MMC-dən məlumat verilib.
Bildirilib ki, rayonun dəniz səviyyəsindən 1 800 metr yüksəklikdə yerləşən kəndə qədər olan 7 km-lik məsafə qardan təmizlənib.
Qeyd edək ki, Sarıbaşa qədər olan yol dağlıq ərazidən keçdiyi üçün yolun açılmasında bəzi çətinliklər yaranmışdı. Avtomobillərin və kənd sakinlərinin rayonun mərkəzi ilə əlaqəsi kəsilmişdi.
Hazırda Sarıbaşda qarın qalınlığı 45 sm-ə çatır.
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar
- Abşeron və Qaradağ əməliyyat: saxlanılanlar var - Video